Bank və kreditlər haqqında mütləq bilməli olduğunuz FAKTLAR

11:28 | 16.09.2016
Bank və kreditlər haqqında mütləq bilməli olduğunuz FAKTLAR

Bank və kreditlər haqqında mütləq bilməli olduğunuz FAKTLAR

Bu faktları hər kəs bilməlidir

Son zamanlar ən çox istifadə edilən sözlər arasında "bank" və "kredit" daha çox yer almağa başlayıb. Bankın xidmətlərindən istifadə etməyən insan çətin ki, tapılar.

ANN.Az aktuallığı nəzərə alaraq banklar və kreditlər haqqında ən maraqlı faktları təqdim edirik:

1. İlk kreditlər Assuriya, Babil və Misirdə yaranıb.

2. Qədim Yunanıstanda kredti verənlər onlara borclu olan şəxslərin torpaqlarında "hypothéke" yazısını yerləşdirirdilər. Bu isə borcun ödənilməyəcəyi halda torpağın kredit verənin nəzarətinə keçəcəyini bildirir.
 


3. Dünyanın ən qədim bankı İtaliyada yerləşən "Banca Monte dei Paschi di Siena"dır.
 


4. Kredit haqqında ilk reklam 1730-cu ildə Kristofer Tornton tərəfindən hazırlanıb. O, istehlakçılara mebel almağı və həftəlik ödəniş etməyi təklif edib.

5. Hammurapi qanunlarına görə, babillilər kredit götürərkən övladlarını girov qoya bilərdilər.
 


6. Qədim Romada borcunu verməyən şəxs həbs edilirdi və o, bir ayda ərzində məbləğ ödənildiyi halda azad edilə bilərdi.

7. İstehlak kreditləri bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə ən geniş yayılmış maliyyə xidmətidir. Təkcə Avropa əhalisi bir ildə 166 milyard avro kredit götürür.
 


8. Dünya banklarının əksəriyyətində arzuolunmaz müştərilər siyahısı var. Bu siyahıya jurnalistlər, hüquqşünaslar, fərdi sahibkarlar, hərbi qulluqçular, hakimlər daxildir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM