“Barselona”da Neymar şoku

11:02 | 17.01.2014
“Barselona”da Neymar şoku

“Barselona”da Neymar şoku

“Barselona”nın ulduz futbolçusu Neymar İspaniya kubokunun 1/8 finalındakı “Xetafe” ilə matçda arzuolunmaz hadisə ilə üzləşib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ciddi zədə alıb. Belə ki, oyunun 22-ci dəqiqəsində ayaq biləyi burxulan braziliyalı mübarizəyə davam edə bilməyib və Aleksis Sançeslə əvəzlənib. Sağ ayağından xəsarət alan forvardın vəziyyəti ilə bağlı tibbi müayinədən sonra dəqiq məlumat veriləcəyi deyilir. Qeyd edək ki, Kataloniya klubu ilk oyunda 4:0, ikinci matçda isə 0:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb