Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirdi

16:19 | 07.11.2015
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd "AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd "BORS” markalı avtomat silah və 1 ədəd "F-1”qumbarası aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM