Baş nazirdən GMO məhsullarının məhvi ilə əlaqədar – QƏRAR

10:09 | 14.10.2015
Baş nazirdən GMO məhsullarının məhvi ilə əlaqədar – QƏRAR

Baş nazirdən GMO məhsullarının məhvi ilə əlaqədar – QƏRAR

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na dəyişikliklər edib.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər kabinetinin məlumatında deyilib.

Belə ki, dəyişiklikdən sonra sözügedən qaydalara "genetik modifikasiya olunmuş bitkilərin (GMO-red.) , yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunmuş” məhsulların da məhv edilməsi əlavə olunub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM