Baş prokuror şikayətçiləri qəbul edəcək

14:12 | 27.10.2015
Baş prokuror şikayətçiləri qəbul edəcək

Baş prokuror şikayətçiləri qəbul edəcək

Baş prokuroru Zakir Qaralov Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

ANN.Az xəbər verir ki, baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabul rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək. Saat 11-dən başlayacaq görüşdə Şirvan şəhərinin, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Hacıqabul şəhərinə gəlmələrini müvafiq rayon prokurorları təşkil edəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM