Baş Qərargah: Hərbi çevriliş cəhdində 8651 nəfər iştirak edib

16:10 | 27.07.2016
Baş Qərargah: Hərbi çevriliş cəhdində 8651 nəfər iştirak edib

Baş Qərargah: Hərbi çevriliş cəhdində 8651 nəfər iştirak edib

"Türkiyədə çevriliş cəhdində iştirak edən hərbçi geyimli terrorçuların sayı  8651 nəfər olub".
 
APA-nın "posta.com.tr”yə istinadən  verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Qeyd edilib ki,  hərbi çevriliş cəhdinin iştirakçıları 24 min döyüşçü, 34 təyyarə və 74 tankdan istifadə ediblər.
 
Bununla yanaşı, açıqlamada Türkiyə Silahlı Qüvvələrinin böyük əksəriyyətinin bu xain hücuma şiddətlə qarşı çıxdığı bildirilib.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb