"Bayraktar" Rusiya texnikasını Ukraynada BELƏ MƏHV EDİR - VİDEO

02:10 | 01.03.2022

"Bayraktar" Rusiya texnikasını Ukraynada BELƏ MƏHV EDİR - VİDEO

Ukrayna Silahlı Qüvvələri  Bayraktar TB2 hücum pilotsuz təyyarələrini 2019-cu ildə almağa başlasa da, onları yalnız 2021-ci ildə döyüş silahları siyahısına  keçirib.

Bu pilotsuz qurğular  Liviya, Suriya və Dağlıq Qarabağ müharibələrində çox effektiv və ucuz silah olduğunu sübut edib.

Rusiyanın özünün hücum dronları olsa da, ekspertlərin fikrincə, onlar Türkiyə istehsalı olan analoqlarından xeyli geridədir.

Rusiyanın Ukraynaya hücumunu proqnozlaşdıran hərbi ekspertlər Rusiya Hava Qüvvələrinin  ilk növbədə  "Bayraktar"ları  məhv etməyə çalışacağını gözləyirdilər.

Fevralın 24-də Rusiya Müdafiə Nazirliyi faktiki olaraq bir sıra Ukrayna pilotsuz təyyarələrinin məhv edildiyini açıqladı.

Bununla belə, fevralın 27-dən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Bayraktarlar"dan Rusiya hərbi texnikasına vurulan zərbələrin bir neçə videosunu yayımladı.

Aparıcı ekspertlər bildirirlər ki, bu videolardan bəziləri Ukraynanın PUA-nın Rusiya texnikasına endirdiyi zərbələrin əsl kadrlarıdır.

Belə ki, Zalujnın sözlərinə görə, qeydlərdən birində Rusiyanın "Buk” zenit-raket kompleksinin necə məhv edildiyi göstərilir.
 
 

 Hazırladı: N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti