BBC Bakıda ofisini bağlayır

13:05 | 18.09.2015
BBC Bakıda ofisini bağlayır

BBC Bakıda ofisini bağlayır


«BBC Monitoring» Bakıda ofisini bağladığını elan edib.

BBC deyib ki, bu dəyişikliyi beynəlxalq əməliyyatlarını yenidən tarazlaşdırmaq və yeni məkanlarda ofislər açmaq üçün edir.

«BBC Azərbaycan»ca xəbər verir ki, «BBC Monitoring»in Bakıda əməliyyatlarını dayandırması qurumun Azərbaycan xidmətinin ölkədə mövcudluğuna təsir etməyəcək: ««BBC Azərbaycanca» azərbaycandilli onlayn və sosial media auditoriyası üçün populyar xəbər mənbəyidir. Gələn il [həyata keçirilməsi] təklif olunan dəyişiklərin heç biri «BBC Azərbaycancan»ın işinə təsir etməyəcək və biz Azərbaycandan xəbər verməyə davam edəcəyik», - BBC sözçüsü deyib.

«BBC Monitoring» Qafqazda fəaliyyətini davam etdirəcək və regiondakı işini Tbilisidən koordinasiya edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM