BDU-da aksiya: 4 tələbə saxlanıldı - FOTOLAR

14:30 | 20.02.2014
BDU-da aksiya: 4 tələbə saxlanıldı - FOTOLAR

BDU-da aksiya: 4 tələbə saxlanıldı - FOTOLAR

Universitetin rektoru Abel Məhərrəmov etirazçı tələbələrlə görüşüb.

724news  xəbər verir ki, A Məhərrəmov deyib ki, "Etiraza heç bir səbəb yoxdur. Sabah saat 12:00-da tələbələrlə görüş olacaq".

***

13:54

Bakı Dövlət Universitetində aksiya keçirilib. Aksiya iştirakçılarının Qaynar.info saytına verdiklərinə görə, 500 yaxın tələbə iştirak edib.

Polis aksiyanı dağıtmağa çalışır. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib.

Qaynar.info-nun əldə etdiyi məlumata görə aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Aksiya hazırda davam edir.

Qeyd edək ki, aksiyanın keçirilməsinə səbəb tələbələrdən kəsr üçün pul yığılması olub. Tələbələr bununla bağlı sosial şəbəkələrdə "Kəsr üçün pul verməyək" adlı çağırış elanları yaymışdılar.

Qaynar.info 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb