BDU-nun itkin düşən tələbəsinin meyiti tapıldı

09:42 | 26.11.2013
BDU-nun itkin düşən tələbəsinin meyiti tapıldı

BDU-nun itkin düşən tələbəsinin meyiti tapıldı

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil. Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb