BDU-nun professoru vəfat etdi

09:31 | 24.11.2015
BDU-nun professoru vəfat etdi

BDU-nun professoru vəfat etdi

 Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin professoru vəfat edib.
 
"Report"un xəbərinə görə, fizika-riyaziyyat elmləri namizədi, professor Kazım Həsənov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kazım Həsənov 1934-cü ildə Tovuz rayonunda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olub. O, 1959-cu ildən vəfat edənə qədər BDU-da çalışıb. 1961-ci ildə akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Professor 2009-cu ildə Azərbaycanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM