Belarusda səsvermə başa çatdı

23:15 | 11.09.2016
Belarusda səsvermə başa çatdı

Belarusda səsvermə başa çatdı

 Belarusda parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşına bildirib.
 
"Seçki baş tutub.  Seçkilərin nəticələri ilə bağlı ilkin məlumat yaxın saatlarda veriləcək”, deyə L.Yermoşina qeyd edib.
 
Qeyd edək ki, bu gün səhət Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə  7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18  seçki məntəqəsi açılıb. Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb