Belarusda tanınmış biznesmen saxlanıb

19:36 | 14.03.2016
Belarusda tanınmış biznesmen saxlanıb

Belarusda tanınmış biznesmen saxlanıb

Belarusda tanınmış biznesmen Yury Chizh böyük miqyasda vergidən yayınma ittihamıyla saxlanıb.

Chizh 1990-cı illərdən bəri Prezident Alyaksandr Lukashenka-nın yaxın müşaviri idi, son bir neçə ay ərzində münasibətlərinin korlandığı bildirilir.

Təqsirli bilinərsə, Chizh 7 il həbs cəzası ala bilər.

"Triple” firmasının sahibi olan Chizh Belarus təhlükəsizlik xidməti tərəfindən saxlanıb.

KGB təhlükəsizlik xidmətinin təmsilçisi Dmitry Pobyarzhin  biznesmenin KGB təcridxanasında saxlandığını bildirir.

Avropa Birliyi 2012-ci ildə Chizh-i insan haqları pozuntularına yol verən fərdlərə qarşı sanksiya siyahısına salıb.

AB fevralda sanksiyaları qaldırıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb