Belarusda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
"Report” "Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu mərhumun qızı açıqlayıb.
Məlumata görə, 76 yaşlı əməkdar artist Viktor Daşkeviç Belarus Akademik Milli Dram Teatrının aktyoru olub.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 787 400-ü ötüb. Bunların 165 938 nəfəri sağalıb, 37 846 nəfəri isə ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !