Berdiməhəmmədov Azərbaycandan danışdı

11:59 | 24.01.2021
Berdiməhəmmədov Azərbaycandan danışdı

Berdiməhəmmədov Azərbaycandan danışdı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bəyan edib. 


Q.  Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 


Türkmənistan Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb