Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi

18:37 | 14.01.2014
Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi

Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi

2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ilk səsini  Kriştiano Ronaldoya (Portuqaliya, “Real” Madrid), ikinci səsini Filipp Lama (Almaniya, “Bavariya”, Almaniya),  üçüncü səsini isə Robert Levandovskiyə (Polşa, “Borussiya” Dortmund) verib.

 

Yığmamızın kapitanı Rəşad Sadıqov isə 2013-cü ilin ən yaxşı futbolçu olaraq F.Riberini (Fransa, “Bavariya") görüb. O, ikinci seçimini Kriştiano Ronaldo (Portuqaliya, “Real” Madrid), sonuncu seçiminə isə Zlatan İbrahimoviçə (İsveç, PSJ, Fransa) tərəf edib.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM