Bəşər əl-Əsəd: "Qərb Suriya, Rusiya və İranda hakimiyyəti dəyişmək istəyir"

22:20 | 16.09.2015
Bəşər əl-Əsəd:

Bəşər əl-Əsəd: "Qərb Suriya, Rusiya və İranda hakimiyyəti dəyişmək istəyir"

Suriya prezidenti Bəşər əl-Əsəd Rusiya jurnalistlərinə müsahibəsində bildirib ki, Qərb ona və Rusiya prezidenti Vladimir Putinə qarşı təbliğat kampaniyası apararaq, Suriya və Rusiyada hakimiyyəti dəyişmək istəyir.
"Onlar bir adamı devirmək, onun yerinə isə öz vətəninin yox, həmin ölkələrin maraqlarına cavab verən digər bir adamı gətirmək istəyirlər", Əsəd "Rossiya 24" və RT Rusiya telekanallarına müsahibəsində bildirib.

Əsəd hesab edir ki, onun istefası məsələsinə yalnız Suriya xalqı qərar verə bilər.

"Prezidentin hakimiyyətdə qalıb qalmaması məsələsini ABŞ, BMT Təhlükəsizlik Şurası və Cenevrə konfransı yox, xalq həll edir. Xalq prezidentin vəzifədə qalmasını istəyirsə, prezident qalmalıdır - əks halda o, dərhal vəzifəsindən getməlidir”, əl-Əsəd Rusiya mətbuatına müsahibəsində bildirib. 

BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb