Fələstin tərəfdarı nümayişçiləri Nyu-Yorkda Kolumbiya Universitetinin binasını ələ keçirib- VİDEO

12:13 | 01.05.2024
Fələstin tərəfdarı nümayişçiləri Nyu-Yorkda Kolumbiya Universitetinin binasını ələ keçirib- VİDEO

Fələstin tərəfdarı nümayişçiləri Nyu-Yorkda Kolumbiya Universitetinin binasını ələ keçirib- VİDEO

Fələstin tərəfdarı nümayişçiləri Nyu-Yorkda Kolumbiya Universitetinin binasını ələ keçirib. Bu barədə UNİAN məlumat yayıb.
 
Bildirilir ki, aksiya nəticəsində onlarla etirazçı həbs edilib.

Etirazçılar kampusda barrikada qurub, təhlükəsizlik kameralarını sındırıb və universitet İsraillə maliyyə əməliyyatlarından imtina edənə qədər binanı mühasirəyə alacaqlarını bildiriblər.
 
Bundan əvvəl nümayişçilər Nyu-York ştatındakı Interstate 190-ı yolunu bağlayıblar və nəqliyyatın hərəkətini dayandırıblar. Onların sözlərinə görə, aksiya dünya miqyasında "Fələstinin azadlığı üçün iqtisadi blokadanın” bir hissəsi  hesab olunur.

Oxşar aksiyalar nəticəsində Oreqon ştatının Yucin şəhərində ştatlararası magistral 5-də nəqliyyatın hərəkəti dayandırılıb.
 

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb