Bəşər tarixinin ən zəngin 10 adamı - siyahı

18:50 | 09.12.2014
Bəşər tarixinin ən zəngin 10 adamı - siyahı

Bəşər tarixinin ən zəngin 10 adamı - siyahı

İnsanlıq mövcud olanda maddi sərvətləruğrunda mübarizənin köləsinə çevrilib. Az qisim insanlar olub ki, onların sərvətləri az qala milyonlarla insanın ümumi gəlirlərindən də çox olub.
 
ANN.Az Modern.az-a istinadən dünya mövcud olandan bəri insanlıq tarixinin ən varlı 10 şəxsini təqdim edir:
 
10. Koemlios Vanderblit  - Holland əsilli amerikalı iş adamı Birləmiş Ştatların Şərq və Mərkəzi hissəsində dəmir yolları inşaatını öz inhisarına alaraq tez bir zamanda varlandı. Dəmir yolları inşaatına sonradan da böyük məbləğdə yatırımlar edərək gəlirini külli miqdarda artıra bilib. O, dünya  tarixinin 10-cu ən varlı adamıdır. 1877-ci ildə ölərkən sərvətinin ümumi dəyəri 185 milyard dollar idi.  

9. Henri Ford- Ford Motor şirkətinin təsisçisi olan amerikalı öz cəmiyyətinin orta sinfi üçün avtomobillər istehsal  etməklə külli miqdarda sərvətə sahib oldu. 199 milyard dollarlıq sərvəti olan Ford  1947-ci ildə dünyasını dəyişib.

8. Muəmmar Qəddafi - Liviya rəhbəri  2011-ci ildə ələ keçib öldürüldükdən sonra  200 milyardlıq gilzi sərvətinin olması üzə çıxdı. Deyilənə görə diktatorun sərvətinin 70 milyard dolları Avropa banklarında dondurulub.  

7. Şahzadə  Vilyam – XI əsrdə yaşayan və 20 ildən artıq Böyük Britaniyanı idarə edən Vilyamın ölərkən sərvəti 229, 5 milyarda dollar idi.  

6. Mir Osman Əli Xan – Hindistan tərəfindən işğal edilənənə qədər zəngin sərvətə malik Heydərabadı idərə  edən bu adamın sərvəti 236 milyard dollar olub. Heydərabad xanının   həm də xeyli qızıl və ləl -cəvahir kolleksiyaları da olub. O, 1967-ci ildə dünyasını dəyişib.  

5. Çar II Nikolay - 1918-ci ildə öldürülən sonuncu Romanovun vəfat edərkən 300 milyardlıq sərvəti var idi. Qeyd edək ki, Romanovlar sülələsinin sonuncu nümayəndəsi olan çar 1918-ci ildə ailəsi ilə bərabər bolşeviklər tərəfindən öldürülüb.  

4.Andrey Karnegi - İsveç əsilli Amerika vətəndaşı olan Karnegi 1901-ci ildə şirkətlərini satandan sonra 310 milyardlıq sərvətə sahibləndi. Amma bundan sonra o, sərvətini yalnız xeyriyyə işlərinə sərf etdi.  1919-cu ildə vəfat edərkən cəmi 30 milyon dollarlıq sərvəti qalmışdı.  

3.Con Rokfellər - Rokfellər bu siyahının ən varlı amerikalısıdır. "Cənab milyard” 1937-ci ildə  vəfat edən zaman 340 milyard dollar sərvəti qaldı. Amerikalı neft kralı bu gün də Birləşmir Ştatların ən çox miras sahib olan insanı kimi şəxsi rekordunu qoruyub saxlayır.  

2.İkinci yerin sahibi konkret şəxs yox, bir ailədir. Bu XVIII əsrdən bəri biznes fəaliyyətini inkişaf etdirən Rotşild ailəsidir. Yəhudi əsilli ailənin  1744-ci ildən bu günə yığdığı sərvətin ümumi dəyəri 350 milyarda dollardır  

1. Mansa Musa - Bu da insanlıq tarixinin ən varlı adamı. XIII əsrdə indiki Qana, Mali və bir neçə ölkənin birliyi nəticəsində yaranan Mali imperatorluğunun yaradıcısı olan Mansa Musanın mirası təbii sərvətlər və istilalar hesabına külli miqdarda artdı. Onun bütün sərvətini - həm pul əskinazı,  həm  qızıl külçələrini ləl cəvahir kolleksiyaklarının ümumi cəmini dollarla hesablayanda 400 milyard dollara bərabər olur. Bununla da Munso Musa insalıq tarixinin ən zəngin adamı sayılır.   Qeyd edək ki,  hazırda dünyanın ən varlı insanı sayılan Bill Qeyts bu siyahıdakı ən az sərvəti olan insana çatmaq üçün hələ daha 49  milyard dollara sahib olmalıdır.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti