• $
  • €
  • ₽
  • ₺
  • £

“Starlink” peyklərinin sayı 11,1 mini keçib

“Starlink” peyklərinin sayı 11,1 mini keçib
13.09.2026 14:26

ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” layihəsi çərçivəsində Yer orbitində fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb.Bu barədə “SpaceX”in məlumatlarında bildirilir.

Qeyd olunur ki, ötən bazar günü növbəti peyk qrupunun orbitə buraxılmasından sonra “Starlink”in aktiv peyklərinin ümumi sayı 11 133-ə çatıb.

Ümumilikdə, “SpaceX” 2019-cu ilin mayından etibarən “Starlink” layihəsi çərçivəsində 12,9 mindən çox internet peykini orbitə çıxarıb. Peyklərin bir qismi texniki səbəblərdən fəaliyyətini dayandırıb və ya orbitdən çıxarılıb.

Cari ilin əvvəlindən isə şirkət 80 “Falcon 9” raketinin köməyi ilə təxminən 2 min “Starlink” peykini orbitə göndərib.

“SpaceX” gələcəkdə qlobal internet şəbəkəsini tam formalaşdırmaq məqsədilə orbital qruplaşmadakı aktiv peyklərin sayını 12 minə çatdırmağı planlaşdırır. Bu şəbəkənin dünyanın istənilən yerində istifadəçiləri genişzolaqlı internetlə təmin etməsi nəzərdə tutulur. Layihəyə ümumi investisiyanın təxminən 10 milyard dollar təşkil edəcəyi gözlənilir.

Hazırda “Starlink” şəbəkəsi dünyanın 160-dan çox ölkə və ərazisində fəaliyyət göstərir və 10 milyondan artıq aktiv istifadəçiyə yüksəksürətli internet xidməti təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Dünya 08:54
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Dünya 23:52
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Dünya 23:25
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Dünya 22:35
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Parisdə komendant saatı yenidən tətbiq olunacaq
Dünya 22:20
Parisdə komendant saatı yenidən tətbiq olunacaq
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dünya 14:50
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünya 12:30
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol