• $
  • €
  • ₽
  • ₺
  • £

Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video

Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
31.10.2026 12:12

Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası (SES) inşa edilir.Bu barədə "AzərEnerji” ASC xəbər verir.

Dövlət başçısının tapşırığına uyğun olaraq tikilən stansiya Qubadlı rayonunda inşa edilən ilk su elektrik stansiyası olacaq.

Məlumata görə, stansiyanın dayanıqlı su təminatı üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində 5,3 kilometr uzunluğunda derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların quraşdırılması işləri aparılır. İki Frensis tipli turbinlə təchiz ediləcək stansiyada tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

“Eyvazlı” SES 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Stansiyanın istismara verilməsi ilə Qubadlı da işğaldan azad edilmiş ərazilərdə “yaşıl” hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq.

Məlumata görə, SES-də ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz enerji istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə 6 400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:49
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Cəmiyyət 12:12
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Cəmiyyət 11:46
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Cəmiyyət 11:30
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Şahdağa qar yağıb - faktiki hava
Cəmiyyət 10:55
Şahdağa qar yağıb - faktiki hava
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Maliyyə nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 20:09
Maliyyə nazirinə yeni müavin təyin olunub
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 18:04
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol