Zelenski Türkiyəyə səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.Bu barədə Ukrayna Prezidenti özünün “Telegram” kanalında məlumat verib.
“Komandamla birlikdə İstanbula çatdıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib danışıqlarımız olacaq. Xalqımızın müdafiəsini, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığı və real diplomatik perspektivləri gücləndirmək üçün çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələlər var. Ekumenik Patriarx Varfolomey ilə görüş də planlaşdırılır. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.
Son xəbərlər
Daha çox