Bəyin hamilə məşuqəsi toyu dağıtdı - VİDEO

15:14 | 28.11.2013
Bəyin hamilə məşuqəsi toyu dağıtdı - VİDEO

Bəyin hamilə məşuqəsi toyu dağıtdı - VİDEO

Çinin Şenzen şəhərində keçirilən toy mərasimində qalmaqal baş verib. Toy mərasimi öz axarında davam edərkən, gəlin paltarı geyinmiş bir başqa qadın zala daxil olub və xaos yaradıb. 

ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, bir-biriylə dava eləməyə başlayan qadınları ayırmaq üçün qonaqlar böyük əziyyət çəkiblər. Toy mərasiminə hücum edən qadının ərin məşuqəsi olduğu və üstəlik onun hamilə olduğu məlum olub. 

Dava-dalaş zamanı real gəlinin bəyin məşuqəsinə bu sözləri dediyi eşidilir: "Sən abort edə bilərdin, amma eləmədin, indi də yekə qarnınla bura gəlmisən. Mən indi hardan bilim bu kimin uşağıdır? Sən bizi özünə ev almağa məcbur etmək istəyirsən? Bizim buna imkanımız var?"

Videoda bütün 3 dəqiqə ərzində iki qadının dalaşdığı, bir-birini təhqir elədiyi görünür. Qonaqlar onları ayırmaq üçün böyük əziyyət çəkirlər. Videoda görünür ki, bir an yeni gəlin öz ərinə tərəf çevrilir və onu kənara itələyir. 

Ən sonda görünür ki, taqətdən düşən iki qadın döşəməyə sərilirlər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti