Beyləqanda ər arvadını baltaladı

15:13 | 31.05.2020
Beyləqanda ər arvadını baltaladı

Beyləqanda ər arvadını baltaladı

Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.

Anews.az-in "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib. 

Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb