"Bəzən estetik əməliyyatdan yayınmaq həyati təhlükə yaradır" - Məşhur həkimdən xəbərdarlıq

14:29 | 27.01.2015

"Bəzən estetik əməliyyatdan yayınmaq həyati təhlükə yaradır" - Məşhur həkimdən xəbərdarlıq


Azərbaycanda və Türkiyədə estetik əməliyyatları ilə tanınan azərbaycanlı cərrah dr. Vüqar Ələkbərovla müsahibə

- Niyə həm Türkiyədə, həm azərbaycanda işləməyi seçdiniz?


- Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi 7 il müddətində Türkiyədə aldığım üçün o ölkədə də xidmət etməyi özümə bir vəfa borcu olaraq gördüm. Eyni zamanda dünyada tibb sahəsində baş verən yenilikləri yaxından təqib etmək üçün daha çox şanslı olacağımı düşünürəm. Artıq süd vəzisi və qarın estetikasında, üz estetik əməliyyatlarında bir çox yeniliklərlə qarşınıza çıxıram. Əməliyat üsullarında etdiyim dəyişikliklər sayəsində Azərbaycanda da modern plastik cərrahiyyənin təməlini qoyuram.

- Sizcə xəstə ilə cərrah arasında ən önəmli faktor nədir?

- Əməliyyat öncəsindəki müddətdə ən önəmli faktor həkimin empatiya gücünün yüksək olmasıdır. Pasientin istədikləri ilə mümkün ola biləcəklərin üst-üstə düşməsi vacibdir. Doğru əməliyyat qərarının verilməsi xəstənin əməliyatdan sonra pərişan olmaması üçün önəmlidir. Bildiyimiz kimi bir çox insan estetik əməliyyat üçün aylarca pul yığır, bəziləri isə sadəcə öz sağlamlığını həkimə etibar edir. Əsas məqsədimizin xəstənin özünü güzgüdə gözəl görmək istəməsi olduğunu unutmamalıyıq. Bu səbəbdən də pasientin şəkli üzərində fotoşopla istədiyi formanı düzəldib əslində ona yaraşıb-yaraşmayacağını öncədən bilməmiz lazımdır.

- Kimlər estetik əməliyyat olunmamalıdır?

- Bəzən pasientə etiraz etməyi də bacarmalıyıq. Depressiya əsas faktorlardan biridir. Sosial fobiyasının çarəsini estetik əməliyyatda axtaran pasientlərimizlə bir neçə dəfə görüşməyə üstünlük veririk. Əməliyyat olunmaqla daha çox sevilməyəcəyini və psixoloji dəstək müalicəsi almasında fayda olacağını söyləməyi də borc bilirik özümüzə. Həyati təhlükə yaradacaq ağır xəstəliyi olan insanlar da mümkün olduğu qədər estetik əməliyyatlar etdirməməlidir.

BƏZƏN İSƏ ETSTETİK ƏMƏLİYYAT ETDİRMƏMƏK HƏYATİ TƏHLÜKƏ YARADIR.

Yaşlı xanımlarda süd vəzisinin və qarın nahiyyəsinin böyüklüyü boyun yırtıqlarına, osteoxondroza, ürək-damar xəstəliklərinə və oynaq xəstəliklərinə səbəb olmaqdadır. Bir çox xəstəmizdə əməliyyatdan sonra hərəkət qabiliyyətinin bərpa olunması sayəsində yaşam keyfiyyətinin yüksəldiyini öz gözlərimizlə gördük.


Qeyd edək ki, Op.Dr. Vüqar Ələkbərov 2006-2013 illərdə Türkiyənin Ege və Uludağ universitetlərində Estetik Plastik və Cərrahi uzmanlığını bitirib. Dünyada   gənc həkimlər arasında uzmanlığını alan ilk Həkimlərdən biridir. Uzmanlığınıı Türkiyədə tamamladığı üçün Op. Dr. Vüqar Ələkbərov insanlara Türkiyədə də xidmət edir, onların arzularını  gerçəkləşdirərək İstanbulda da fəaliyyət göstərməkdədir. Ayrıca Azərbaycanda da öz markası olan VAPS (Vugar Alakbarov  Plastic Surgery) özəl cərrahiyə mərkəzində çalışmaları davam etməkdədir.

www.vugaralakbarov.com
Əlaqə tel: 0503433343



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM