Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

11:18 | 26.04.2019
Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

"Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.
 
Anews.az ONA-ya istinadən xəbər verir ki,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.

Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları "Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
 
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM