Bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

14:00 | 23.11.2017
Bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən anews.az-a bildirilib ki, noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. 

Ölkə ərazisində də qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM