Bir neçə özəl tibb müəssisəsi cəzalandırıldı

22:00 | 06.02.2015
Bir neçə özəl tibb müəssisəsi cəzalandırıldı

Bir neçə özəl tibb müəssisəsi cəzalandırıldı

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.
 
Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, son dövrlərdə keçirilmiş yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib. Ciddi qanun pozuntularına yol verdiklərinə görə "Bioloji Təbabət” MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "İdeal Tibb Şirkəti” MMC və "Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
 
Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM