Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub - atası, əmisi və bacısını itirib

23:41 | 03.04.2020
Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub - atası, əmisi və bacısını itirib

Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub - atası, əmisi və bacısını itirib

Türkiyə səhiyyə naziri Fahrettin Kocaya bu gün baş tutmuş brifinqdə verilən suallardan biri də Məkkə ziyarətindən gələnlərlə bağlı idi.

Qardaş ölkədə belə fikir var ki, həmin şəxslər çox adamı virusa yoluxdurub. Fahrettin Koca iddianı rədd etdi. Amma Türkiyə Təbiblər Birliyinin məsul şəxslərindən biri başqa fikir deyir.
Bizimyol.info xəbər verir ki, Filiz Ünal konyalı türk vətəndaşının Məkkə ziyarətindən gələrək 257 nəfəri virusa yoluxdurduğunu söyləyib. Onun sözlərinə görə, həmin şəxs 5 nəfərin ölümünə səbəb olub. Virus daşıyıcısı yaxınlarından atası, əmisi, bacısını da itirib.
Türkiyədə indiyə qədər 20 mindən çox insanda koronavirus aşkarlanıb. Həmin şəxslərin 425-i həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1 milyon 80 mindən çox insanda virus aşkar edilib. Onların azı 58 mini həyatla vidalaşıb.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb