“Bir saata erməni postunu darmadağın etdik...”- Bölük komandiri

20:04 | 04.02.2018
“Bir saata erməni postunu darmadağın etdik...”- Bölük komandiri

“Bir saata erməni postunu darmadağın etdik...”- Bölük komandiri

Kapitan Hikmət Məmmədov bir çoxumuza yaxşı tanışdı. Aprel döyüşlərində göstərdiyi xidmətə görə bir neçə dəfə təltif edilib. Döyüşlərdə başından qəlpə yarası alan zabitimiz bu gün  tez-tez ordumuzun azad etdiyi torpaqlara gedərək, döyüşçü yoldaşları ilə görüşür. 


Qazimiz Moderator.az -a açıqlamasında hücum əmri alan kimi, bir saata ermənilərin postunu darmadağın etdiklərini bildirib:


"Aprel döyüşləri zamanı tabeçilyimdə olan şəxsi heyyətimlə hücum əmri alan kimi bir saata ermənilərin postunu darmadağın etdik. Erməni postlarında çox acınacaqlı vəziyyət idi. Hərbçi üçün heç bir şərait yox idi ki, orda normal xidmət apara bilsinlər. Ermənilər postu açıb qaçdılar. Onda özləri də gördülər ki, ordumuz hansı gücə malikdir. Mən və hərbçi yoldaşım gizir Nicat İsgəndərov eyni vaxta yaralandıq. Bizi hospitala çatdırdılar. Mən sağ qalsam da, çox təəsüflər olsun ki, hərbçi yoldaşım Nicat Şəhid oldu. Allah Şəhidimizə rəhmət eləsin! Aprel döyüşlərində göstərdiyim xidmətlərə görə Müdafiə Nazirliyimiz tərəfindən "Fərqlənməyə görə” və "Vətən naminə” medalları ilə təltif edildim. Bu diqqət və qayğıya görə hamıya təşəkkür edirəm. 


Bu gün həm də mənim üçün sevincli gündür. Dünya Azərbaycanlıları İttifaqının, Ümumdünya Azərbaycan Mədəniyyət fondunun prezidenti, Avropa Azərbaycan konqresinin 1-ci vitse-prezidenti hörmətli Füzuli Məmmədov tərəfindən həm mənə, həm də digər döyüşçümüz Emin Əliyevə mənzil hədiyyə edildi. Bu xeyirxah əməlinə görə Füzuli Məmmədova öz minnətdarlığımı bildirirəm”. 


Xatırladaq ki, Moderator.az bir müddət əvvəl zabitimizin mənzil problemini işıqlandırmışdı. Bu gün biz də vətən üçün öz sağlamlığını itirimiş zabitimizə diqqət və qayğı göstərən hər kəsə minnətdarlıq edirik.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM