Birinci sinfə hazırlıq neçəyə başa gəlir?

19:17 | 03.09.2014
Birinci sinfə hazırlıq neçəyə başa gəlir?

Birinci sinfə hazırlıq neçəyə başa gəlir?

Azərbaycanda dərs ilinin başlanmasına iki həftədən az vaxt qalıb.Oxu.Az Bakıda məktəblinin birinci sinfə qədəm qoymasının valideynlərə neçəyə mail olacağını öyrənmək qərarına gəldi.Bu məqsədlə biz məktəb ləvazimatının satışı üzrə ixtisaslaşan bir sıra paytaxt mağazalarını gəzdik.Beləliklə, məktəb çantasından başlayaq, onun qiyməti 10 manatdan 30 manat arasında dəyişir. Satıcılar isə daha bahalı modellərin olduğunu, qiymətin isə keyfiyyət və istehsalçı firmadan asılı olduğunu söylədilər.Əgər birinci sinif şagirdinin tələbatını nəzərə alsaq, ilk məktəb çantası bir qədər baha başa gələcək. Yeri gəlmişkən birinci sinif şagirdlərinin valideynlərinə daha möhkəm konstruksiyalı, enli və yumşaq qayışlı və dayanıqlı oturacağı olan çantalar almaq məsləhətdir, bu, uşaqların qamətləri üçün vacibdir.İndi isə çantanın tərkibinə keçək. Dərslikləri çıxaq, çünki satıcıların sözlərinə görə onları məktəbdə pulsuz verirlər. Amma verilən dərsliklər nimdaş olarsa o zaman istənilən kitabı mağazalarda əldə etmək mümkündür. Birinci sinif üçün dərsliklərin qiyməti 4 manatdan 7 manata qədərdir.Dəftərlər – şagird və valideynlərin yaralı yeridir. Uşaqlar daha rəngarəng və sevimli cizgi filmlərinin qəhrəmanlarının şəkilləri olan, valideynlər ucuz və keyfiyyətli dəftərlər istəyirlər, müəllimlər isə uşaqların dərs prosesindən yayınmamaları üçün şəkilsiz, amma üzərində məlumat olan dəftərləri tövsiyə edirlər.Dəftərlərin qiyməti 40 qəpikdən 1 manata qədər dəyişir. Dəftər üçün 2 manatdan 5 manata qədər ödəməli olacaqsınız, dəftərləri yığmaq üçün, eyni qiymətə olan qovluğu da unutmaq olmaz.Əlavə olaraq, qiyməti 1 manatdan 3 manata qədər olan gündəlik də almaq lazımdır.Penalın qiyməti 3 manatdan 10 manat arasında dəyişir. Penalı seçərkən rahatlığa və keyfiyyətə fikir vermək lazımdır. Penal yumşaq, möhkəm bağlanmalı və mümkün qədər ayrı cibli olmalıdır. Penalda mütləq bir neçə diyircəkli qələm (1-1,5 manat), 1-2 sadə karandaş (1 manat), pozan (05,-2 manat), karandaşyonan (1-2 manat), xətkeş (1-2 manat) olmalıdır.Rəngli karandaş və flomasterlər də almaq tövsiyə edilir. Bu, 3-10 manata başa gələcək.Digər dəftərxana ləvazimatları... Birinci sinif şagirdlərinə dəftər və kitab üzləri (bir dəst – 1 manat) və rəsm dərsi üçün material: plastilin (1-5 manat), boyalar (3-5 manat), fırça dəsti (1-3 manat), rəsm albomu (1-3 manat) lazımdır.Bundan başqa, kiçik sayğac (0,5-3 manat), maqnitli hərflər (1-3 manat), qayçı, yapışqan, su qabı və digər əşyalar (minimum 10 manat) da tələb olunur.Eləcə də, uşağın ev və sinif tapşırıqlarını yerinə yetirəcəyi bir dəst iş dəftəri almaq lazımdır.Satıcılar Azərbaycan bölməsi üçün olan belə dəftərlərin, rus bölməsi üçün olan analoji dəftərlərdən elə də fərqlənmədiyini söylədilər. Orta hesabla iş dəftərləri: ana dili – 4 manat, rus dili – 3 manat, informatika üçün – 3,50 manat, riyaziyyat üçün – 4,50 manat, ingilis dili – 4 manat, dünya bilikləri üçün 4,20 manat dəyərindədir.Bundan başqa, müxtəlif fənnlər üzrə testlər də almaq lazım gələcək, məsələn, ana dili 2,50 manat, riyaziyyat üzrə - 3,00 manat dəyərindədir.Məktəblilər üçün vahid məktəb forması 40 manatadır.Beləliklə, birinci sinfə gedən şagird üçün orta hesabla 110 manatdan 220 manata qədər vəsait lazımdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb