Blinken Azərbaycan və Ermənistanın sülh prosesi ilə bağlı şəxsən məşğuldur - ABŞ

11:54 | 01.05.2024
Blinken Azərbaycan və Ermənistanın sülh prosesi ilə bağlı şəxsən məşğuldur - ABŞ

Blinken Azərbaycan və Ermənistanın sülh prosesi ilə bağlı şəxsən məşğuldur - ABŞ

ABŞ Dövlət Katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında münasibətlər mövzusu ilə şəxsən dərindən məşğuldur. Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

"Amerika tərəfi Ermənistan və Azərbaycanla qarşılıqlı fəaliyyətinin davam etdirir. Biz burada sülhün mümkün olduğuna inanmağa davam edirik. Və bu istiqamətdə işləməyə davam edəcəyik" , - Patel brifinqdə bildirib. 

Aprelin 26-da Ermənistan  Azərbaycan tərəfdən "Sülh müqaviləsi" layihəsi  ilə bağlı təkliflər aldığını açıqlayıb. 
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti