Bolqarıstan prezidenti: “I Avropa Oyunları tarixi əhəmiyyətə malik olacaq”

16:37 | 28.04.2015
Bolqarıstan prezidenti: “I Avropa Oyunları tarixi əhəmiyyətə malik olacaq”

Bolqarıstan prezidenti: “I Avropa Oyunları tarixi əhəmiyyətə malik olacaq”

"Bolqarıstan Birinci Avropa Oyunlarında yüksək səviyyədə təmsil olunacaq. Bolqarıstan baş naziri, prezidenti burada olacaqlar. Bolqarıstan idmançıları dünya miqyaslı hadisəyə yaxşı hazırlaşıblar”.

APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumunda iştirak edən Bolqarıstan prezidenti Rosen Plevneliyev söyləyib.

R. Plevneliyev Bolqarıstan xalqı adından Avropa Oyunlarının təşkili ilə bağlı Azərbaycana təşəkkür edib: "Bakıda keçiriləcək Birinci Avropa Oyunları tarixi əhəmiyyətə malik olacaq. Biz səbirsizliklə Avropa Oyunları ilə bağlı gözəl Bakıya gəlməyi gözləyirik”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb