BP "Şahdəniz-2" üçün 2 milyard verəcək

22:56 | 24.10.2016
BP

BP "Şahdəniz-2" üçün 2 milyard verəcək

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birellə görüşüb.

Trend "Qruziya-Online"a istinadən xəbər verir ki, bu barədə G.Kvirikaşvilinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər "Cənub" Qaz Dəhlizinin vacib komponentlərindən sayılan "Şahdəniz-2" layihəsinin reallaşması istiqamətində Gürcüstanda işlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan layihənin Cənubi Qafqaz ölkələri üçün xüsusi əhəmiyyətindən danışılıb.

Məlumat verilib ki, kəmərin Gürcüstandan keçəcək hissəsinə BP 2 milyard dollar sərmayə qoyacaq və bu boru kəməri Azərbaycandan gələn qazın həcmini daha da artıracaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb