“Bravo” supermarketlər şəbəkəsində bir məhsulda iki fərqli etiket – FOTO

16:18 | 24.04.2019
“Bravo” supermarketlər şəbəkəsində bir məhsulda iki fərqli etiket – FOTO

“Bravo” supermarketlər şəbəkəsində bir məhsulda iki fərqli etiket – FOTO

"Bravo” Supermarketlər şəbəkəsindən alınan qara çörəyin əvvəlki və sonrakı qiyməti və eləcə də üzərində olan naməlum ləkə sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid edilib.

Bizimyol.info xəbər verir ki, "28 mall” Ticarət Mərkəzində yerləşən filialdan alınan çörəyin üzərində iki etiketin olması və hər etiketdə qiymətin və çəkinin fərqli olması tənqid hədəfinə tuş gəlib. Belə ki, əvvəlki etiketdə çörəyin çəkisi 0.212 kq, qiyməti 3.18 AZn göstərilsə də, növbəti etiketdə çəkisi 0.220 kq, qiyməti isə 3.30 AZn göstərilib.

Məsələ ilə bağlı supermarketlər şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilməyib.

Mövqelərini dərc etməyə hazırıq.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb