Braziliyada daha bir analoqu olmayan OĞURLUQ

13:00 | 23.08.2014
Braziliyada daha bir analoqu olmayan OĞURLUQ

Braziliyada daha bir analoqu olmayan OĞURLUQ

Braziliyada növbəti böyük oğurluq hadisəsi yaşanıb. “Apasport.az”saytı xəbər verir ki, voleybol üzrə dünya çempionlarına verilən kuboklar oğurlanıb. Hadisə 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyroda verib. Qarətçilər həm kişi, həm də qadın komandaları arasında keçirilən mundialın əsas mükafatlarına “sahib” çıxıblar. Bu məlumatı Braziliya Voleybol Konfederasiyasından veriblər. Hər 2 kubok voleybolun populyarlaşmasına xidmət edən reklam aksiyası çərçivəsində məşhur Kopakabana çimərliyində nümayiş olunurmuş.Oğrular da mükafatları onları daşıyan maşından ələ keçiriblər. Lakin qarətçilər kubokdan qazanc əldə edə bilməyəcəklər. Çünki onların heç bir qiyməti yoxdur. Bu da kubokların hazırlanması zamanı qiymətli materiallardan istifadə olunmaması ilə bağlıdır. Yeri gəlmişkən, oğurlanan mükafatlara iddiaçılar arasında Azərbaycan millisi də var. Qadınlardan ibarət komandamız sentyabrda İtaliyada start götürəcək mundiala qatılacaq. Kişilər arasında dünya çempionatına isə Polşa ev sahibliyi edəcək. Qeyd edək ki, 1970-ci ildə üçüncü çempionluğunu qazandığı üçün əbədi olaraq Braziliya verilən futbol üzrə “Qızıl İlahə” də 1983-cü ildə oğurlanıb və indiyədək tapılmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb