Brejnevin sürət ehtirası - MARAQLI

21:00 | 22.03.2014
Brejnevin sürət ehtirası - MARAQLI

Brejnevin sürət ehtirası - MARAQLI

Leonid İliç Brejnev SSRİ-yə on səkkiz illik rəhbərlik dövründə “padşahlıq” kürsüsünün bütün zövqlərindən geninə-boluna yararlanıb. Baş katibin özünəməxsus əyləncələri və hobbiləri olub ki, onların arasında avtomobillər xüsusi yer alıb. Onun şakəri təkcə avtomobillərdən kolleksiya düzəltmək olmayıb. Leonid İliç həm də sükan arxasında əyləşməkdən zövq alıb. Baş katibdə dəhşətli dərəcədə sürət ehtirası olub. Modern.az saytı Brejnevin bu şakəri haqda maraqlı yazını təqdim edir.Mühafizəçilər üçün Brejnevlə işləmək rahat olsa da, Baş katib sükan arxasına keçəndə onlar xidmətlərinin ən narahat anlarını yaşayıblar. Leonid İliçin sürət ehtirası təkçə mühafizəçilərini narahat etməyib. O öz sürüçülük “qabiliyyəti” ilə dəfələrlə xarici ölkə liderlərini də əməlli-başlı qorxuya salıb.Sovet lideri daha çox xaricdə istehsal olunan avtomobillərə üstünlük verib. Kollesiyasındakı avtomobillərin əksəriyyətini də xaraci olkələrin dövlət başçıları Leonid İliçə hədiyyə ediblər. Belə ki, Brejnev xaraci ölkələrə səfər edəndə xarici işlər nazirləri və səfirlər əvvəlcədən həmin ölkənin başçısana SSRİ rəhbərinin avtomobilə qarşı hərisliyi haqqında məlumat veriblər.1972-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Riçard Niksonun Moskvaya səfəri ərəfəsində hazırlıq işləri gedərkən SSRİ-nin ABŞ-dakı səfiri Anatoli Dobrınin Amerika prezidentinə ikilikdə söhbət zamanı çatdırıb ki, Brejnevə “Kadillak Eldorado” avtomobili hədiyyə olunsa, o çox məmnun qalar. Prezidentin göstərişi ilə məxsusi olaraq avtomobil hazırlanıb və xüsusi hərbi təyyarə ilə Brejnevin hüzuruna göndərilib.Leonid İliçin Amerikaya səfəri zamanı Nikson ona növbəti dəfə tünd göy rəngdə xüsusi hazırlanmış “Linkoln-Kontinental” hədiyyə edib. Ancaq bu hədiyyə Amerika prezidentinə baha başa gəlib. Nikson öz xatirələrində həmin günü belə xatırlayır:- Mən Brejnevin avtomobillərə olan marağını yaxşı bilirdim. Ona görə də sovet liderinin ölkəmizə səfəri zamanı onun üçün fərdi qaydada yığılmış “Linkoln-Kontinental” avtomobilini hazırlatmışdım. Hədiyyəni ona göstərəndə o uşaq kimi sevincini gizlədə bilmirdi. Leonid İliç bir necə dəfə maşının ətrafında hərləndi, qapılarını açıb salona diqqət yetirdi, sonra isə ərkyana çiyni ilə məni maşının qabaq oturacağına itələdi, özü isə sükan arxasına keçdi. Təbii ki, Leonid İliç mənim istirahət iqamətgahımın ətrafındakı yollara bələd deyildi. Təbiətin qoynunda yerləşən iqamətgahın giriş-çıxış yolları dar, enişli-yoxuşlu idi. Bundan əlavə, sərt döngələr də öz yerində. Mən onu da yaxşı bilirdim ki, Moskvanın “təmizlənmiş” və maneəsiz yollarında avtomobili sürətlə sürməyə adət etmiş Brejnev bu yolda da maşını həmin sürətlə idarə etsə, böyük qəza təhlükəsi ilə üzləşəcəyik. Düşündüyüm kimi də oldu. Brejnev maşını işə salıb sürətlə irəliləməyə başladı. Yaxşı xatırlayıram ki, həm mənim, həm də Leonid İliçin mühafizəçilərinin rəngi ağarmışdı. Çünki onlar da bu sovet kişisinin xasiyyətinə yaxşı bələd idilər. Qarşıda “təhlükəli döngə” yol işarəsi olsa da, Brejnev buna məhəl qoymadı. Sərt enişdə mən iki dəfə ona xəbərdarlıq etdim ki, əyləci basmasan uçuruma yuvarlanacağıq. O buna da məhəl qoymadı. Nəhayət Leonid İliç əyləci o vaxt basdı ki, maşının qabaq təkərləri yoldan çıxmışdı. Bu “gəzintidən” sonra Brejnev üzünü mənə tutdu: “Çöx yaxşı maşındı, əla sürəti var””.Amerika Birləşmiş Ştatlarının dövlət katibi Henri Kissincerin xatirələrində də Brejnevin avtomobil sərgüzəştləri ilə bağlı fikirlər yer alıb:- 1973-cü ildə Moskvaya səfərimin beş günü də demək olar ki, Brejnevin bağ evində keçdi. Bütün söhbətlərimiz yalnız təmtəraqla hazırlanmış süfrə arxasında və ovda olarkən baş tutdu. Bu günlər ərzində Baş katib öz sürücülük məharətini də mənə nümayiş etdirdi. Həmin günlərin birində o məni qara rəngli “Kadillak” maşınına əyləşdirdi. Bu mənim üçün çox dəhşətli bir oyuna bənzəyirdi. Onun sürdüyü maşının sürətinin qarşısında mən yalnız dualar edirdim. Leonid İliç yolların vəziyyətini nəzərə almadan yalnız sürəti artırırdı. Nəhayət o uzun həyəcandan sonra maşını sahildə saxladı. Leonid İliç məni əvvəlcədən bizi gözləyən katerdə əyləşməyə dəvət etdi. Mən onda yalnız bir şeyi arzulayırdım ki, kateri Brejnev özü idarə etməsin. Düzdür, Leonid İliç kateri idarə etmədi. Amma kater onun müəyyənləşdirdiyi sürətlə irəliləməyə başladı”.Brejnevin çox sevdiyi “Mersedes” avtomobilini ona Almaniyaya səfəri zamanı hədiyyə ediblər. İki qapılı, idman üslublu tünd göy rəngdə olan “Mersedes”i ona təqdim edən kimi Leonid İliç sükan arxasına keçib. Bir neçə dəqiqə sükan arxasında oturduqdan sonra mühərriki işə salıb. Mühafizəçiləri ona çox çətinliklə çatıblar. Sürət ehtirasını söndürdükdən sonra Leonid İliç maşını tərifləyib:- Xoşuma gəldi, çox yaxşı avtomobildi. Amma kommunistlərin rəngi qırmızıdı. Qırmızı rəng olsaydı daha yaxşı olardı.Elə həmin gün Brejnevin avtomobil kolleksiyasına qırmızı rəngli “Mersedes” əlavə olunub.Eyni markalı avtomobil ikinci dəfə də Brejnevə Almaniya kansleri tərəfindən bağışlanıb. Bu dəfə isə ona altı qapılı “Mersedes 600” hədiyyə edilib. Bu maşından cəmisi yeddi ədəd hazırlanıb. Və bu yeddi maşının da cəmisi ikisi altı qapılı olub. Birində Leonid İliç, digərində isə Yaponiya imperatoru gəzib.Baş katibin avtomobil kolleksiyasında yapon istehsalı olan “Nissan Prezident” də yer alıb. Bu avtomobilin birincisini Yaponiyanın baş nazirinə, ikincisini isə məxsusi olaraq Brejnev üçün hazırlayıblar.Avtomobil hədiyyələrinin arasında Baş katibin xüsusilə qiymətləndirdiyi maşınlardan biri də amerikalı biznesmen Armand Hammerin bağışladığı “Rolls Roys” maşını olub.Leonid İliçin avtomobil kolleksiyasını xüsusi hazırlanmış “Volqa”, “Çayka”, Qaz 24”, “Qaz 31”, zirehli “Zil 115” və “Zil 4105” kimi yerli sovet maşınları da zənginləşdirib.Brejnevin “at tövləsi” adlandırdığı Kremlin qarajında 68 avtomobil saxlanılıb. Digər avtomobillər isə bağ evinin ərazisində olub. Bir çox mənbələrin dəqiqləşdirməsinə görə, Baş katibin avtomobillərinin sayı 324-ə çatıb.Leonid İlişin sürət ehtirasının qəzalarla nəticələnən anları da olub. 1977-ci ildə Krımda istirahət edərlən Baş katib iki xanım həkimi “Mersedes 280” maşınına əyləşdirərək, öz məharətini göstərmək qərarına gəlib. Bu dəfə onun bəxti gətirməyib. Döngədə sürətlə gedən maşının əyləcini basmağa imkan tapmayan “mahir” sürücü sağ tərəfdən qayalığa dəyib və “Mersedes” əlli metrlik uçurumun qarşısında asılı vəziyyətdə qalıb. Özlərini yetirən mühafizəçilərin köməyi ilə sərnişinlər maşının arxa qapısından çıxa biliblər. Xoşbəxtlikdən xəsarət alan olmayıb.Digər bir hadisə isə Baş katibin xəstə olduğu illərdə, 1980-ci ildə baş verib. “Rolls Roys”un sükanı arxasında əyləşən Leonid İliç sürəti artıraraq mühafizəçilərin və onu müşaiyət edənlərin maşınlarını otüb keçib. Onlardan xeyli aralandıqdan sonra isə “Rolls Roys” avtomobili “MAZ 502” yük maşını ilə toqquşub. Leonid İliç xəsarət almayıb. Avtomobilin qarşı tərəfi isə əzilib. Həmin “Rolls Roys” qəzadan sonra təmir edilməyib və elə qəzalı vəziyyətdə də Riqada avtomobil muzeyində saxlanılır.Leonid İliç Brejnevin avtomobillərə olan hədsiz marağı onun SSRİ-yə rəhbərliyi dövründə ölkədə avtomobil sənayesinin inkişafına da müsbət təsir göstərib. Məhz Brejnevin hakimiyyəti dövründə “VAZ” və “KamAZ” kimi nəhəng zavodlar tikilib, milyonlarla “Jiquli” və “Moskviç 412” avtomobili istehsal olunub, yeni avtomobil markalarının “NİVA”, “Qaz 24”, “Qaz 3102” istehsalına başlayıblar.Lakin Leonid İliç Brejnev SSRİ kimi nəhəng bir dövlətdə avtomobil sənayesini inkişaf etdirsə də, qoruyub saxlasa da, özünün avtomobil kolleksiyası olümündən sanra müsadirə olunub. Bəzi avtomobilləri isə öz yaxın ətrafı tərəfindən ələ keçirilərək, hərraclarda baha qiymətlərə satılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti