Britaniya Suriyanı vurmaqdan imtina etdi – Gözlənilməz

12:14 | 11.04.2018
Britaniya Suriyanı vurmaqdan imtina etdi – Gözlənilməz

Britaniya Suriyanı vurmaqdan imtina etdi – Gözlənilməz

Britaniya Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Londonun Suriyaya endiriləcək hərbi zərbələrdə iştirak etməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, "Tayms” qəzeti Meyin Britaniyanın bu hərbi kampaniyaya qoşulması üçün Vaşinqtondan Suriyadakı kimyəvi hücumla bağlı daha çox sübut istədiyini bildirib.

Qeyd edək ki, dünən tərəflər arasında telefon danışığından sonra bir sıra mətbuat orqanları tərəflərin Əsədin kimyəvi silahdan istifadəsinə imkan verilməməsi barədə razılığa gəldikləri haqqında informasiya yayıblar.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp Suriyada Əsəd rejimininin Duma şəhərində dinc sakinlərə qarşı həyata keçirdiyi kimyəvi hücumu qınayıb və buna 48 saat ərzində hərbi cavab veriləcəyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM