Britaniyalı arvadını eBay-da satışa qoydu- FOTO

21:11 | 13.09.2016
Britaniyalı arvadını eBay-da satışa qoydu- FOTO

Britaniyalı arvadını eBay-da satışa qoydu- FOTO

Böyük Britaniyanın Ueykfild şəhər sakini həyat yoldaşının eBay-da satışa çıxarılması barədə elan yerləşdirib.

33 yaşlı Coker Saymon O`Keyn elanda xəstə olduğu zaman arvadının ona lazımi qayğı göstərmədiyini yazıb. İki uşaq atası həyat yoldaşının müsbət cəhətləri kimi bədən quruluşunu və yemək bişirmək bacarıqlarını göstərib.

Nəşr qeyd edir ki, O`Keyn elan yerləşdirilməsindən iki gündən sonra hərrac iştirakçılarının onun arvadına görə 65 min funt sterlinq (təxminən 86 min dollar) verməyə hazır olduğunu görəndə çox təəcüblənib. 

27 yaşlı Leandra ərinin bu hərəkəti haqda həmkarlarından öyrənib.

"Mən onu öldürmək istədim. Saymon məni sadəcə satışa çıxarmayıb, o, elana mənim ən pis fotoşəklimi yükləyib”, - britaniyalı qadın deyib. (oxu.az)



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti