Brüsseldə Ramazan ayı ərzində terror aktları törədilə bilər

15:55 | 13.06.2016
Brüsseldə Ramazan ayı ərzində terror aktları törədilə bilər

Brüsseldə Ramazan ayı ərzində terror aktları törədilə bilər

Brüsseldə Ramazan ayı ərzində yeni terror aktları törədilə bilər. 

Trend-in məlumatına görə, bu barədə ölkənin "Laatste Nieuws" qəzeti Belçika xüsusi xidmət orqanlarına istinadən yazır.

Artıq Brüsselin ictimai yerlərində patrul xidməti çəkən polis və hərbçilərə nəzarəti artırmaq əmri verilib. Nəzarət daha çox futbol üzrə Avropa çempionatına kollektiv şəkildə baxılan yerlərdə, hospitallarda və məktəblərdə gücləndirilib.

Xatırladaq ki, martın 22-də Belçika paytaxtındakı hava limanında və metroda baş vermiş partlayışlar nəticəsində 32 nəfər ölüb, 300-dən çoxu isə yaralanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb