Brüsseldəki partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanıldı

15:22 | 23.03.2016
Brüsseldəki partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanıldı

Brüsseldəki partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanıldı

Brüssel beynəlxalq hava limanındakı partlayışda şübhəli bilinən üçüncü şəxs Nacim Laaşraui saxlanılıb.
 
"Report" xəbər verir ki, bu barədə məlumatı Brüsselin "DH" qəzeti yayıb. O, paytaxtın Anderlext rayonunda saxlanılıb. Bundan əvvəl hava limanında özlərini partladan iki terrorçunun adı dərc olunub. Bunlar İbrahim və Xalid Bəkravi qardaşlarıdır. N.Laaşraui isə partlayıcı qurğunu işə sala bilməyib.
 
Xatırladaq ki, hava limanında partlayış nəticəsində 15 nəfər həlak olub, daha 16 nəfər paytaxt metrosunda törədilən terror aktı zamanı həyatını itirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb