BSU binasındakı mozaika söküldü FOTOLAR

16:59 | 06.09.2016
BSU binasındakı mozaika söküldü – FOTOLAR

BSU binasındakı mozaika söküldü FOTOLAR

Bakı Slavyan Universitetinin binasının üzlüyündə olan mozaika tam söküldü.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin portretləri olan mozaika artıq sökülüb. 

Bundan başqa fotoda göründüyü kimi üzərində mozaika olan divar daş lövhələrlə örtülüb.   

Xatırladaq ki, Bakı Slavyan Universitetinin binasını bəzəyən mozaikanın taleyi sosial şəbəkələrdə uzun müddət ən çox müzakirə edilən mövzulardan biri olub. İctimai etiraza baxmayaraq, Azərbaycanın Əməkdar rəssamı Elmaz Hüzeynovun 1972-ci ildən binanın fasadını bəzəyən əsəri tamamən məhv edildi.

Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsil məsələlərinə həsr edilmiş kollegiya iclası olub. Kollegiyanın üzvləri ilə yanaşı, iclasda nazirliyin struktur bölmələrinin, eləcə də təhsil ocaqlarının rəhbərləri də iştirak edib. 

İclasın yekununda təmir işləri zamanı yetərli nəzarət edilmədiyi, qanunvericiliyin və intizam qaydalarının pozulduğu üçün Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq edilib. 
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM