Bakı sakinlərinə şad xəbər: yeni metro xətti tikilir

12:32 | 22.01.2020
Bakı sakinlərinə şad xəbər: yeni metro xətti tikilir

Bakı sakinlərinə şad xəbər: yeni metro xətti tikilir

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.


Bu barədə Publika.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.


Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:


"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM