Bu gün rabitə işçilərinin peşə bayramıdır

10:41 | 06.12.2013
Bu gün rabitə işçilərinin peşə bayramıdır

Bu gün rabitə işçilərinin peşə bayramıdır

Bu gün rabitə və informasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.ANN.Az xəbər verir ki, Azərbaycan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb.Poçt rabitəsinin çox qədim tarixi olsa da Azərbaycanda ilk telefon xətti 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən çəkilib. Beləliklə, Azərbaycan rabitəsi 132 illik tarixi inkişaf yolu keçib.Azərbaycanda rabitə və  informasiya texnologiyaları xüsusilə son illərdə sürətlə inkişaf edir.Bu il isə Azərbaycan Prezidentinin sərəncamı ilə “İKT ili” elan olunub. “İKT ili”ndə ölkədə bu sahədə bir sıra yeniliklər həyata keçirilib. Azərbaycan ilk telekommunikasiya peyki “Azerspace-1” peykini orbitə çıxarıb, “Elektron hökumət” layihəsində böyük işlər görülüb.  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin və İnformasiya Texnologiyaları Universitetinin yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən işlərin bir qismidir.Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. Bu mənada TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini qeyd etmək olar.Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.Hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM