Bu gün ilin ilk Günəş tutulması hadisəsi olacaq.
Milli.Az report.az-a istinadən bildirir ki, dairəvi Günəş tutulması Bakı vaxtı ilə saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.
Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !