Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib

22:30 | 21.01.2023
Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib

Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 8000-dən çox ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.

"Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3500 kq toxum səpilib", - Vahid Fərzəliyev deyib. (report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb