Qırğız Respublikasında son sutkada koronavirusdan 17 nəfər həyatını itirib.
"Report” "Sputnik Kırgız”a istinadən xəbər verir ki, bunu Respublika Səhiyyə Nazirliyinin İctimaiyyət İdarəsinin rəisi Aynur Akmatova iyulun 30-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, pandemiya başlayandan ölkədə 1 364 nəfər virusun qurbanı olub. Son sutkada 631 nəfər koronavirusa yoluxub. Onların ümumi sayı 35 143 nəfərə yüksəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !