Bu gündən Məhərrəmlik başlanır

09:00 | 15.10.2015
Bu gündən Məhərrəmlik başlanır

Bu gündən Məhərrəmlik başlanır

Oktyabrın 15-də şiə məzhəbindən olan müsəlmanlar üçün mühüm olan Məhərrəm ayı başlanır.

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvaya görə, yeni hicri 1437-ci ilin başlanğıcı Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2015-ci il oktyabrın 15-nə düşür.

Aşura günü oktyabrın 24-dədir. Aşura günü Kərbəlada qətlə yetirilən imamların və onların yaxınlarının 40 mərasimi qeyd olunur. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq onları yad edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası bir neçə gün öncə məhərrəmlik ayının başlaması ilə bağlı verdiyi fətvasında bildirib ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: "Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər”, - deyə fətvada bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM