Bununla bağlı Yeniavaz.com-un sorğusuna cavab verən TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, bəlli simptomlardan koronavirus şübhəsi yaranarsa həmin şəxs karantinə alınır:
"Yüksək hərarətlə təcili tibbi yardıma müraciət edənlərdə koronavirus şübhəsi yaranırsa onu karantinə alırlar, ondan sonra diaqnoz götürülür və bu virusun olub-olmaması təsdiq olunur. Yoxsa adi, hamımızın keçirdiyi bir qızdırmadırsa və yaxud boğazağrısından yaranan kəskin respirator virus infeksiyasıdırsa, bu zaman yerindəcə müdaxilə olunur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !