Bu il ərzaqlıq buğda üçün 180 milyon manat ayrılıb - Baş nazir

11:31 | 17.03.2023
Bu il ərzaqlıq buğda üçün 180 milyon manat ayrılıb - Baş nazir

Bu il ərzaqlıq buğda üçün 180 milyon manat ayrılıb - Baş nazir

2023-cü il Azərbaycanda ərzaqlıq buğda üçün 180 milyon manat vəsait ayrılıb. Bunu baş nazir Əli Əsədov bu gün Milli Məclisin plenar iclasında hokumətin hesabatını təqdim edərkən deyib.
 
O bildirib ki, taxıl fondunun artırılması üçün 87,1 milyon manat ayrılması nəzərdə tutulub. 
 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM